Şapka udan məşhur begemot ölüb


Hadisə
0 0
Bugün 11:35
ABŞ-nin Ohayo ştatındakı Sinsinnati zooparkında yaşayan məşhur begemot Fiona 9 yaşında ölüb.
Zooparkın məlumatına görə, ziyarətçinin təsadüfən heyvanın yaşayış sahəsinə saldığı toxunma papağı Fiona udub. Bundan sonra onun səhhətində problemlər yaranıb. Baytarların bütün səylərinə baxmayaraq, papağı həzm sistemindən çıxarmaq mümkün olmayıb.
Qeyd edək ki, Fiona 2017-ci ildə vaxtından altı həftə əvvəl doğulub. Sağ qalmaq uğrunda mübarizəsi və zoopark əməkdaşlarının xüsusi qayğısı sayəsində sosial şəbəkələrdə məşhurlaşıb.
1 mənbə