Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ


Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və möhtəşəm memarlıq abidələri ilə seçilir. Ölkəmizin müxtəlif bölgələrində ucaldılan abidə və heykəllər xalqımızın keçmişini, qəhrəmanlığını və milli-mənəvi dəyərlərini özündə əks etdirir. Bakının park və xiyabanlarını bəzəyən heykəllər görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm və mədəniyyət xadimlərinin xatirəsini yaşadır.
Tarixi abidələr və heykəllər xalqımızın yaddaşıdır. Onların qorunması, bərpası və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC-ın əməkdaşlarının Bakıda ucaldılmış abidələrlə bağlı fotoreportajını təqdim edirik.
Fotoqraflar - Azər İbrahimov, Tofiq Babayev
