Bakının bir sıra ərazilərində su olmayacaq


Bakının bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Metbuat.az-a məlumat verilib.
Bildirilib ki, A.Mustafayev-43 ünvanından 150 mm diametrli siyirtmə bağlanıb. Bununla əlaqədar 3-cü Alatava, C.Məmmədquluzadə, R.Səfərov, N.Məlikov, ROK, Ə.Salamzadə küçələrində, eləcə də Nərimanov rayonunun bir hissəsində su təchizatında fasilə yaranacaq.
Məhdudiyyət 650 əhali və 70 qeyri-əhali abonentini əhatə edir.
Qeyd edək ki, təmir işləri davam edir.
