Bakıda yük avtomobili kuryeri vurdu


18 Noyabr, 2026 - 23:17168
Bakıda yük avtomobili kuryeri vurub.
KONKRET.az-ın əldə etdiyi xəbərə görə, hadisə noyabrın 18-də paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində – “Aura” şadlıq sarayının qarşısında baş verib.
“Fort” markalı 45-BO-976 dövlət nömrə nişanlı avtomobil “Sizuki” markalı 99-H- 518 nömrəli motosıkılı idarə edən Məmmədli Əli Zakir oğlunu vurub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 15-də paytaxtın Yasamal rayonu ərazisində – “Şamaxinka” adlanan yerdən keçən tunelin girişində baş verən qəzada motosikletçi Asif Ağaverdiyev ölüb. Q.Qaçayev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən Ağaverdiyev Asif Əliheydər oğlunun idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub. Kuryer fəaliyyəti göstərən motosikletçi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.\\oxu.az
Dərc vaxtına görə
Konkret.azoxuduğunuz
Bakıda yük avtomobili kuryeri vurdu
.png)
Milli.az+1 mənbə