Bakıda və bölgələrdə güclü külək gözlənilir: Sarı xəbərdarlıq verilib


Noyabrın 19-da Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra bölgələrində küləkli hava şəraiti gözlənilir.
Gunxeber.Az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq elan edib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda cənub-şərq küləyi güclənəcək.
Sarı xəbərdarlığa uyğun olaraq, qeyd edilən ərazilərdə küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı gözlənilir.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Bakıda və bölgələrdə güclü külək gözlənilir: Sarı xəbərdarlıq verilib