Bakıda və bir sıra bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq verildi


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Dərc vaxtına görə
Metbuat.azoxuduğunuz
Bakıda və bir sıra bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq verildi