Bakıda universitet müəlliminin meyiti tapıldı - FOTO


Bakı Dövlət Universitetinin (BDU) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nəriman Qocatürkün meyiti tapılıb.
Ölkə.az-ın əldə etdiyi xəbər görə, 59 yaşlı müəllimin meyiti paytaxtın Yasamal rayonu ərazisində yaşadığı evdə aşkarlanıb.
Mərhum Yasamal qəbiristanlığında - oğlunun məzarı yanında dəfn olunacaq. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Nərman Salman oğlu Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olub.
Son günlər onun adı tələbələrlə bağlı qalmaqallı məsələdə hallanırdı. Keçmiş tələbələr ona qarşı iddialarla çıxış edirdilər.