Bakıda həkimin sürücüsü ilə bağban arasındakı bıçaqlı davanın təfərrüatı


20.11.2026 - 11:29
Bakıda həkimin sürücüsünün bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Bilgəh qəsəbəsindəki villada baş verib. Sürücü Həsənağa Həsənov həkimin tapşırığı ilə villaya gəlib və oradan lazım olan əşyanı götürüb doktora çatdırmalı imiş. O, həyətə daxil olaraq villanın bağbanından həmin əşyanın yerini soruşub.
Sərxoş vəziyyətdə olan bağban ona kobud cavab verib. Onların mübahisə yaranıb və bağban bıçaqla sürücüyə ürək nahiyəsindən zərbə endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı isə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
09:20
Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə bağbanı arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.
Editor.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.
Məlumata görə, həkimin sürücüsü işləyən 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun bağbanı ilə mübahisə edib.
Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
1 mənbə
