Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb


Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da "Gülüstan" sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Məşğulluq Həftəsi çərçivəsində ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, "İmkanlar və inam” devizi ilə keçirilən forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərlə dövlət qurumları arasında birbaşa dialoqun və qarşılıqlı etimadın formalaşdırılması, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığının artırılması, eləcə də əmək bazarında aktual məsələlərin müzakirəsi və birgə həll yollarının müəyyən edilməsidir.
Müxbir -Günel Türksoy
Fotoqraf - Nicat Haşimov
Videooperator - Ceyhun Mustafayev
Dərc vaxtına görə