Bakıdakı beynəlxalq konfransın yekun sənədi BMT-də yayımlanıb


23 mənbə əsasında
Oktyabr ayında paytaxtda itkin düşmüş şəxslər probleminə həsr olunan dördüncü beynəlxalq konfrans baş tutub. Tədbirin yekununda qəbul edilən bəyannamə Azərbaycanın qurumdakı nümayəndəliyinin müraciəti əsasında Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi dövriyyəyə buraxılıb. Sənəddə münaqişələr zamanı itkin düşənlərin taleyinin aydınlaşdırılması, dəfn yerləri barədə məlumat mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri əksini tapıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Bakı, 18 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2026-cı il oktyabrın 7-10-da Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb. Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin yaxınları barədə məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi dəfn yerlərinə dair məlumatların mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və qaytarılması, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb.Sənəddə dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin, müasir məhkəmə-ekspertiza metodlarının və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi təşviq edilir. Xüsusilə, BMT və digər beynəlxalq təşkilatlar silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həllinə yönəlmiş xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək göstərməyə çağırılır.Bəyannamədə Bakı Dialoqunun beynəlxalq təcrübə mübadiləsi, etimadın möhkəmləndirilməsi və ailələrin yaxınlarının taleyi barədə cavab almasına yönəlmiş praktiki əməkdaşlıq üçün getdikcə daha əhəmiyyətli platformaya çevrildiyi vurğulanır. Həmçinin Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
AZƏRTACoxuduğunuz
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
