AzTU və Pakistanın Milli Elm və Texnologiya Universiteti əməkdaşlığı genişləndirir


Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) olub.
Xeberler.az məlumat verir ki, nümayəndə heyətində tədris məsələləri üzrə prorektor Sübhan Namazov və Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov təmsil olunublar. Milli Elm və Texnologiya Universitetinin akademik məsələlər üzrə prorektoru Osman Hasanla görüşdə iki ali məktəb arasında təqaüd imkanları, müəllim və tələbə mübadiləsi, eləcə də birgə elmi məqalələrin nəşri məsələləri müzakirə olunub. Həmçinin səfər NUST və AzTU arasında inkişaf edən əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilib.
Görüşdə iki ali təhsil müəssisəsi arasında qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığın gücləndirilməsi üçün tələbə və müəllim heyəti arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Sonra nümayəndə heyəti Milli Elm və Texnologiya Universitetinin Fənlərarası Mühəndislik və Elmlər Məktəbində, İnkişaf etməkdə olan Texnologiyalar Mərkəzində, Süni İntellekt üzrə Milli Mərkəzdə, eləcə də Milli Elm və Texnologiya Parkında olub. AzTU nümayəndələri, həmçinin universitetin multidissiplinar təhsil, tədqiqat və innovasiya ekosistemi ilə tanış olublar.
Dərc vaxtına görə
Xəbərlər.azoxuduğunuz
AzTU və Pakistanın Milli Elm və Texnologiya Universiteti əməkdaşlığı genişləndirir
