Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) “Times Higher Education” (THE) tərəfindən açıqlanan “Interdisciplinary Science Rankings 2027” beynəlxalq reytinqinin dünya sıralamasında 1001+ qrupunda yer alıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, “THE Schmidt Science Fellows” ilə əməkdaşlıq çərçivəsində hazırlanan Fənlərarası Elm Reytinqi ali təhsil müəssisələrinin fənlərarası elmin inkişafına verdiyi töhfəni və bu istiqamətdə aparılan tədqiqatlara göstərdiyi institusional dəstəyi qiymətləndirən ilk beynəlxalq reytinqdir.
