Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO


Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.
Moderator.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.
Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.
Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.
Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.
Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.
RU
16:09, Bu gün Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
16:03, Bu gün Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO
15:47, Bu gün İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu
15:41, Bu gün Bu gün Tahir Abdullayevin döyüşü var
15:36, Bu gün İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
15:32, Bu gün Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib
15:28, Bu gün Prezident: "Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
15:25, Bu gün Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı
15:21, Bu gün Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - FOTO
15:18, Bu gün Türk dünyasını üç böyük güc arasında bölmək planı - General Duqinin xəritəsini İFŞA ETDİ
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO