Azərbaycanın U-17 və U-19 komandaları seçmə mərhələyə məğlubiyyətlə başladılar


Azərbaycanın yeniyetmə və gənclərdən ibarət futbol yığmaları Avropa çempionatlarının seçmə mərhələlərinə uğursuz start veriblər.
Offsideplus.az xəbər verir ki, U-17 və U-19 millilərimiz keçirdikləri ilk matçlarda böyükhesablı məğlubiyyətlərlə üzləşiblər.
Emin Mustafayevin baş məşqçi olduğu 17 yaşadək futbolçulardan ibarət milli komandamız 2026/2027 mövsümünün I raundu çərçivəsində səfərdə Almaniyanın qonağı olub. Qarşılaşma rəqibin 7:0 hesablı darmadağını ilə başa çatıb. U-17 yığmamız növbəti oyununu noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.
19 yaşadək futbolçulardan ibarət millimiz isə II raundun ilk matçında Monteneqro ilə üz-üzə gəlib. Serbiyanın paytaxtı Belqradda təşkil olunan görüşdə rəqib 7:2 hesabı ilə qalib gəlib. U-19 komandamız növbəti matçlarında noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qüvvəsini sınayacaq.
1 mənbə