Azərbaycan BMT-nin rəqəmsal hökumət reytinqində otuz səkkizinci yerə çatıb


7 mənbə əsasında
Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üçün açıqladığı Elektron Hökumətin İnkişafı İndeksi hesabatında Azərbaycan əhəmiyyətli irəliləyiş əldə edib. Ölkə iki il əvvəlki mövqeyindən otuz altı pillə irəliləyərək siyahının otuz səkkizinci pilləsində qərarlaşıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, ümumi göstərici 0,8847 bala çatıb və dövlət "Çox yüksək EHİİ" kateqoriyasına daxil olub. Qiymətləndirmə zamanı üç əsas komponent, o cümlədən Onlayn Xidmətlər İndeksi üzrə nəzərəçarpacaq artım qeydə alınıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycanın rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib
Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan BMT-nin 19 noyabr 2026-cı ildə Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabata əsasən rekord irəliləyiş əldə edib. Ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 faiz artım deməkdir. Beləliklə Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.Bu barədə AZƏRTAC-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.Məlumata əsasən, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib.Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026 hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib.Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi — institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunmasını özündə ehtiva edir.Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksək gəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
.jpg)