Azərbaycanda yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı


Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb.
Xitab24.az-ın məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
Qeyd edək ki, ötən ay da eyni kənddə oxşar hadisə baş vermiş, 17 yaşlı oğlan 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırmışdı.
Daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil verilmişdi.