Azərbaycanda təhsil müəssisələrində odun yanacağından istifadə dayandırılıb


Azərbaycanda təhsil müəssisələrinin istiliklə təminatında odun yanacağından istifadə tamamilə dayandırılıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidməti və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, son illər təhsil müəssisələrinin istilik sistemlərinin yaxşılaşdırılması, alternativ yanacaq növlərinə keçidin genişləndirilməsi və ətraf mühitə daha az təsir göstərən müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər həyata keçirilib.
Görülən işlər nəticəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb. Əvvəllər odunla qızdırılan digər müəssisələrdə isə alternativ yanacaq növü kimi pelletdən istifadəyə keçilib.
Bildirilib ki, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olub. 2026-cı ildə isə bu göstərici sıfıra endirilib.
Hazırda 1397 təhsil müəssisəsinin istilik təminatında pellet yanacağından istifadə edilir. Digər müvafiq təhsil müəssisələrinin qızdırılması isə qazlaşdırma hesabına həyata keçirilir.
Pelletdən istifadənin ağac materialına tələbatı azaltmaqla meşə ehtiyatlarının qorunmasına töhfə verdiyi qeyd olunub. Bu yanacaq növünün daha aşağı rütubət səviyyəsinə malik olması və temperaturun asan tənzimlənməsinə imkan verməsi təhsil müəssisələrində istilik təminatının daha stabil və səmərəli təşkilinə şərait yaradır.
Qurumlar təhsil müəssisələrində odun yanacağından istifadənin dayandırılmasını ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə kimi qiymətləndirib və bu yanaşmanın odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunə ola biləcəyini bildiriblər.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
16:18
10:40
10:05
03:00
01:45
22:50
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Azərbaycanda təhsil müəssisələrində odun yanacağından istifadə dayandırılıb