Azərbaycanda sosial yardımın adambaşına orta məbləği 99 manatdır


Ana SəhifəSOSİUMAzərbaycanda sosial yardımın adambaşına orta məbləği 99 manatdır
SOSİUM19.11.2026 11:00
2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 78,9 min aztəminatlı ailənin 349,3 min üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunub. Yardımın bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Məlumata əsasən, müxtəlif kateqoriyalardan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin edilib.
25,7 min uşağın anadan olmasına görə müavinət ödənilib
2026-cı ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə birdəfəlik müavinətlər verilib.
Digər sosial müavinətlər
Hesabat dövründə radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün müavinət ödənilib.
Bundan başqa, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfər birdəfəlik müavinətlə təmin olunub.
MüəllifFuad
Yüklənir...