Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı 887 mini ötüb
Banker.azNurane


2026-cı ilin oktyabr ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 887 312 nəfər təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.
Məlumata əsasən, sosial ödəniş alanların 479 386 nəfəri aylıq sosial müavinət, 407 926 nəfəri isə təqaüd alanlar olub.
Beləliklə, ümumi sosial ödəniş alanların 54%-ni aylıq sosial müavinət, 46%-ni isə təqaüd alanlar təşkil edib.
Dərc vaxtına görə