Azərbaycanda rus dilində təhsil alanlara VACİB XƏBƏR


CƏMİYYƏT
222
16.11.2026, 20:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gün Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, milli kimlik, milli ideologiya təhsildə formalaşır: “Bir şagirdin dövlət büdcəsinə illik xərci 2 min manatdır. Azərbaycanda ingilis və ya Çin dilində dövlət hesabına təhsil alan şagirdlər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir. Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir".
Həmçinin oxuyun
Digər xəbərlər
.png)
Milli.az+1 mənbə