Azərbaycanda mühərrik yağı bir ildə 11%-ə yaxın bahalaşıb


2026-cı ilin oktyabr ayında Azərbaycanda mühərrik yağının bir litrinin orta istehlak qiyməti 10 manat 08 qəpik təşkil edib. Ötən ilin eyni ayında bu göstərici 9 manat 10 qəpik olub.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında xəbər verir ki, mühərrik yağının bir litrinin orta qiyməti illik müqayisədə 98 qəpik və ya 10,8% artıb.
Bu ilin yanvarında mühərrik yağının bir litrinin orta qiyməti 9 manat 30 qəpik, apreldə 9 manat 54 qəpik, iyunda 9 manat 72 qəpik, avqustda isə 9 manat 85 qəpik olub. Sentyabrda qiymət 10 manata, oktyabrda 10 manat 08 qəpiyə yüksəlib. Beləliklə, oktyabr qiyməti yanvarla müqayisədə 8,4% artıb.
Nümunə bazar qiymətləri aşağıdaki cədvəldə tanış ola bilərsiniz.
Mühərrik yağının dəyişdirilməsi xidməti üzrə də bahalaşma qeydə alınıb. Bir xidmətin orta qiyməti 2025-ci ilin oktyabrındakı 7 manat 68 qəpikdən bu ilin oktyabrında 7 manat 83 qəpiyə çatıb. Bu, 15 qəpik və ya təxminən 2% artım deməkdir.
İllik müqayisə göstərir ki, mühərrik yağının qiyməti onun dəyişdirilməsi xidmətindən daha sürətlə yüksəlib.