Azərbaycanda istehlakçı müraciətlərinin sayı 10 ayda 31% artıb


Azərbaycanda 2026-cı ilin ilk 10 ayında istehlakçı müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 9 260-a çatıb.
Plat.az xəbər verir ki, bunu “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.
O bildirib ki, Agentliyin təqdim etdiyi statistikaya əsasən, 2025-ci ilin ilk 10 ayı ərzində 7 053 istehlakçı müraciəti daxil olub. Onlardan 6 390-ı yeni müraciət, 663-ü isə əvvəlki ildən qalan müraciətlər olub.
Həmin dövrdə istehlakçı müraciətləri əsasında 301 792,1 manat vəsait geri qaytarılıb. Təmin edilən müraciətlərin sayı 2 105 olub. Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 5 032, aidiyyəti orqanlara göndərilən müraciətlərin sayı 1 560, növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı isə 461 təşkil edib. Həmçinin 51 protokol tərtib olunub.
Yusif Tapdıqlının sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında daxil olan müraciətlərin sayı 9 260-a yüksəlib. Onlardan 8 766-sı yeni, 494-ü isə əvvəlki ildən qalan müraciətlərdir.
Bu ilin müvafiq dövründə istehlakçılara qaytarılan vəsaitin məbləği 314 997,5 manat olub. Təmin edilən müraciətlərin sayı 2 399-a çatıb.
Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 6 080, aidiyyəti orqanlara göndərilən müraciətlərin sayı 2 312, icrası növbəti aylarda davam etdirilən müraciətlərin sayı isə 868 olub. Hesabat dövründə 41 protokol tərtib edilib.
Dərc vaxtına görə