Azərbaycanda 4 milyondan çox kapitalı olan aqrar şirkət fəaliyyətini dayandıraraq başqa şirkətə qoşulur
Banker.azNurane


Azərbaycanda fəaliyyət göstərən “Süsən Aqro” MMC yenidən təşkil olunaraq fəaliyyətinə xitam verir.
Banker.az xəbər verir ki, şirkət “Agro Dairy” MMC-yə qoşulduğunu elan edib.
Bununla da “Süsən Aqro” MMC-nin fəaliyyətinə xitam veriləcək, “Agro Dairy” MMC isə qoşulma nəticəsində yenidən təşkil olunacaq.
Elana əsasən, kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, ev 1, mənzil 115 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Süsən Aqro” MMC 2011-ci ildən ölkə ərazisində fəaliyyət göstərir və 4 mln 730 min kapitala malik olmuşdur.