Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA


Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var.
Azərbaycanda 13-cü maaşın verilməsi müzakirə mövzusu ola bilər?
Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov BiG.AZ-a bildirib ki, dövlət qurumlarında 13-cü maaş verilə bilməz, çünki mükafat sistemi yığışdırılıb: "Belə ki əməkhaqqı qanunvericilikdə müəyyən edilən qaydada ödənilir, əlavə mükafat nəzərdə tutulmur. 13-cü, 18-ci əməkhaqqı adında mükafat ola bilməz".Sahib Məmmədovun sözlərinə görə, heç kim özəl sektordan işçilərinə 13-cü maaş və ya əlavə mükafat verməyi tələb edə bilməz: "Ölkə üzrə müəyyən edilən minimal əməkhaqqı var: 400 manat. İşəgötürən bu məbləğdən aşağı əməkhaqqı ödədikdə isə dövlət müdaxilə edə bilər".
Aynurə Məmmədova
© Trendx.az — materiallardan istifadə edərkən aktiv istinad mütləqdir.