Azərbaycan yığması növbəti qələbəsini qazandı - VİDEO


Futbol üzrə Azərbaycan millisi səfərdə Andorra yığması ilə yoldaşlıq oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, Enkamp şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Bu görüş Emin Mahmudov üçün millidə vida matçı olub.
Görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qollarımıza Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov imza atıb.
Qeyd edək ki, Ayxan Abbasovun komandası noyabrın 13-də Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
16 noyabr (bazar ertəsi)
22:00 Andorra 1:3 Azərbaycan
