Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.
Dərc vaxtına görə