Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı


3 mənbə əsasında
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında münasibətlərin tarixi kökləri və strateji tərəfdaşlıq perspektivləri dəyərləndirilib. Azərbaycan ilə Vyetnam arasındakı dostluq əlaqələrinin təməli 1959-cu ildə qoyulub və 1983-cü ildə əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb. Rəsmi Bakı Cənub-Şərqi Asiya regionunun mühüm dövləti olan Vyetnamla əməkdaşlığı siyasi və iqtisadi müstəvidə daha da genişləndirir. Milli Məclisin deputatları və politoloqlar bu əlaqələrin ölkənin xarici siyasətində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH
Bakı, 19 noyabr, AZƏRTAC Prezident İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, ötən illər ərzində əldə olunan nailiyyətləri və strateji tərəfdaşlığın inkişaf perspektivlərini ətraflı dəyərləndirib. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin bu gün konkret siyasi və iqtisadi məzmunla zənginləşdiyini göstərir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycanın müxtəlif regionlarda dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənir. Bu baxımdan, Cənub-Şərqi Asiyanın mühüm ölkələrindən biri olan Vyetnamla münasibətlərin inkişafı Azərbaycan üçün də önəmlidir.Azərbaycan-Vyetnam münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu söyləyən Şahin İsmayılov Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, iki ölkə arasında dostluq əlaqələrinin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə bağlıdır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına, xüsusilə sənaye və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verib. Müstəqillik illərində də bu ənənələr davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana dövlət səfərləri ikitərəfli siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan yaradıb.Komitə sədri bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbayca
Tam oxu AZƏRTAC saytında