Azərbaycan Türkiyə ilə münasibətlərin inkişafını davam etdirəcək - Ceyhun Bayramov


Ana SəhifəRƏSMİAzərbaycan Türkiyə ilə münasibətlərin inkişafını davam etdirəcək - Ceyhun Bayramov
RƏSMİ19.11.2026 13:00
Azərbaycan-Türkiyə münasibətlərinin hazırda möhkəm olduğunu və gələcəkdə də bu şəkildə davam edəcək.
Fins.az xəbər verir ki, bunu Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Johann David Vadephul ilə birgə brifinqdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hər bir dövlətdə müəyyən proseslər gedir və hər bir cəmiyyətin özünəməxsus inkişaf trayektoriyası mövcuddur.
Onun sözlərinə görə, qardaşlıq münasibətləri iki ölkənin cəmiyyətlərində digər ölkələrdə baş verən hadisələrə fərqli münasibətin olmasını istisna etmir. Azərbaycanın bu məsələdə mövqeyi açıqdır və ölkə öz inkişaf modelinə uyğun addımlar atır.
Bayramov Türkiyə Prezidentinin Azərbaycana səfərini xatırladıb
Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Nazir bunun bariz göstəricisi kimi Türkiyə Prezidentinin Zəfər Günü münasibətilə Azərbaycana səfərini, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə verdiyi mesajları qeyd edib.
MüəllifFuad
Yüklənir...
1 mənbə