Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə keçirilən beynəlxalq yarışın qalibi olublar


Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyənin Adana şəhərində keçirilən sahildən balıq ovu üzrə beynəlxalq surfkastinq yarışında birinci yeri tutublar.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmizi turnirdə “BAKI” Balıqçılar Klubunun üzvləri Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.
İdmançılarımız yarış zamanı ümumilikdə 17 balıq tutaraq 502 xal toplayıblar. Bu nəticə ilə Azərbaycan təmsilçiləri turnirin qalibi olublar.
Komandamız, həmçinin “Ən böyük balıq” nominasiyası üzrə də mükafata layiq görülüb.
Dərc vaxtına görə
90deqiqe.azoxuduğunuz
Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə keçirilən beynəlxalq yarışın qalibi olublar
