Azərbaycanın Estoniyadakı diplomatı rəsmi sənədini təqdim edib


13 mənbə əsasında
Noyabrın 19-da Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib. Təqdimetmə mərasimindən sonra baş tutan qəbulda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu qeyd edib. Səfir isə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim etdi
Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev noyabrın 19-da etimadnaməsini Prezident xanım Ülle Madiseyə təqdim edib.Səfirlikdən Sitat.info-ya bildirilib ki, təqdimetmə mərasimindən sonra Prezident səfiri qəbul edib.Görüş zamanı Prezident Ülle Madise səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək Azərbaycan ilə Estoniya arasında formalaşmış müsbət münasibətlərin və əməkdaşlığın səfirin diplomatik fəaliyyəti dövründə daha da genişlənəcəyinə, ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Səfir Nemət Nağdəliyev öz növbəsində Prezidentin ikitərəfli münasibətlərin inkişafına dair səsləndirdiyi fikirlərinə əlavə olaraq Azərbaycan-Estoniya əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Bununla yanaşı, siyasi, iqtisadi, humanitar, rəqəmsal transformasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu vurğulayıb. Eyni zamanda, noyabr ayının əvvəlində Tallin şəhərində Azərbaycan və Estoniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsini ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.Prezident Ülle Madise Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.Görüşün sonunda Estoniya Prezidenti dövlətimizin başçısına ən xoş arzularını və səmimi salamlarını çatdırmağı xahiş edib.
Tam oxu Sitat.info saytındaDərc vaxtına görə
