Azərbaycan millisi bu gün Bakıda İraqla üz-üzə gələcək


BAKI, 20 noyabr. TELEQRAF
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, yığma bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
