Azərbaycan millisi Bakıda İraqı məğlub etdi


BAKI, 20 noyabr. TELEQRAF
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci dəfə İraq yığmasını qəbul edib.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Nicat Nərimanov və Şahin İbrahimov vurublar.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşıb.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Azərbaycan millisi Bakıda İraqı məğlub etdi
