Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqı məğlub edib


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millsi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.
"Report"un məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu komanda İraqın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş U-20-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Nicat Nərimanov və Şahin İbrahimov fərqləniblər.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.
Dərc vaxtına görə
