Azərbaycan millisi Andorranı məğlub edib


Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra seçməsinə qalib gəlib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfər matçında rəqibini 3:1 hesabı ilə üstələyib.
Enkamp şəhərində təşkil olunan qarşılaşmada komandamızın qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70-pen.) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandes (55) fərqlənib.
Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu - 66-cı oyun olub.
Dərc vaxtına görə
