Azərbaycan - İsveçrə matçı qonaqların qələbəsi ilə başa çatdı


Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2029-un seçmə mərhələsinə uğursuz start verib.
Offsideplus.az xəbər verir ki, yığmamız A qrupundakı ilk oyununda İsveçrə seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib komandanın 84:33 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, basketbolçularımız növbəti matçını noyabrın 14-də Bakıda İrlandiya millisinə qarşı keçirəcəklər.
