Azərbaycan Güləş Federasiyasında azyaşlı uşaqlar üçün təlim bazasına ekskursiya keçirilib


6 mənbə əsasında
Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında özəl uşaq bağçalarından birinin azyaşlı sakinləri üçün ekskursiya baş tutub. Tədbir zamanı uşqlara məşq zalı göstərilib, milli komandanın hazırlıq prosesi izlətdirilib və məşqçilər tərəfindən ilkin texniki elementlər nümayiş etdirilib. Tanınmış idmançılar Hacı Əliyev ilə Cəbrayıl Həsənovun iştirakı ilə imza mərasimi təşkil olunub və xatirə şəkilləri çəkdirilib. Təşkil edilən bu cür görüşlər uşaqlarda idmana marağın artırılması məqsədi daşıyır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
Bakı, 19 noyabr, AZƏRTAC Azyaşlı uşaqların Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiyası təşkil edilib.Federasiyadan AZƏRTAC-a bildirilib ki, özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən ekskursiya zamanı sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev uşaqlara bələdçilik edərək onları məşq zalı ilə tanış edib, milli komandanın gündəlik hazırlıq prosesi barədə məlumat verib. Balaca qonaqlar peşəkar idmançıların məşq prosesini yaxından izləmək və güləş mühiti ilə tanış olmaq imkanı əldə ediblər.Daha sonra sərbəst güləş üzrə U20 milli komandanın məşqçisi Əsgərxan Novruzov güləşə yeni başlayanlar üçün nəzərdə tutulan bir sıra ilkin texniki elementləri nümayiş etdirib. Uşaqlara idmanın fiziki inkişaf, intizam və sağlam həyat tərzinin formalaşmasındakı rolu barədə də məlumat verilib.Ekskursiyanın sonunda Hacı Əliyev və sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənovun iştirakı ilə imza mərasimi keçirilib. Uşaqlar məşqçilərlə xatirə şəkilləri çəkdirərək ekskursiyanı xoş təəssüratlarla başa vurublar.AGF bu tip tədbirlər vasitəsilə uşaqlar arasında güləşə və ümumilikdə idmana marağın artırılmasını, sağlam həyat tərzinin təşviqini və idmanın kütləviləşdirilməsini dəstəkləyir.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə