Azərbaycan gimnastları Daşkənddəki turnirdə 10 medal qazanıb

müəllif EditorNoyabr 22, 2026Noyabr 22, 202602
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq gimnastika turnirində Azərbaycan idmançıları 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Turnir 16–22 noyabr tarixlərində keçirilib.
Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, qadın idman gimnastikası üzrə ən çox uğuru Dəniz Əliyeva qazanıb. İdmançı fərdi çoxnövçülükdə birinci yerə çıxıb, müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada isə bürünc medal əldə edib.
Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komanda çoxnövçülük hesabında qızıl medala sahib olub. Nazənin Teymurova fərdi çoxnövçülükdə bürünc, dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda isə bürünc medal qazanıb.
Gənclər arasında keçirilən yarışlarda Lalə Zamanlı çoxnövçülükdə gümüş medal qazanıb, Leyla Məmmədzadə isə müxtəlif hündürlüklü qollarda bürünc medala layiq görülüb.
Kişi idman gimnastikası üzrə yeganə medalı Rəsul Əhmədzadə qazanıb — o, dəstəli atda ikinci yeri tutub.
Beləliklə, Azərbaycan komandası “Velvet Road” beynəlxalq turnirini ümumilikdə 10 medalla başa vurub.
