Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL


Şriftin ölçüsü:
17.11.2026 16:16
Azərbaycan futbolunda növbəti biabırçı hadisə yaşanıb.
Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, II Liqanın 11-ci turu çərçivəsində keçirilən “Dinamo” - “Şəmkir” oyununun hakimləri matça gecikiblər.
Görüşün baş hakimi Pərviz İbrahimov olub. Ona yan xətdə Vüsal Xəlilzadə və İlkin Mustafazadə kömək ediblər. Dördüncü hakim funksiyasını isə Nahid Xasiyev yerinə yetirib.
Qəribədir ki, qarşılaşmanın keçirildiyi Binə stadionuna vaxtında çatmayan təkcə hakimlər olmayıb. Belə ki, hakim-inspektor Ömər Paşayev və Kifayət Mustafayeva də matça yubanıblar. Hətta AFFA nümayəndəsi oyuna gecikdiyi üçün matçdan əvvəl rəsmi şəxslərin iştirakı ilə baş tutmalı olan oyun qabağı iclas da keçirilməyib. Görəsən, bu məsuliyyətsizlik nədən irəli gəlir?
Qeyd edək ki, hakimlərim yubanması səbəbindən 6 dəqiqə gec başlayan qarşılaşma “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
1 mənbə
