Azərbaycan əhalisinin sayı 10 milyon 282 min nəfərə çatıb
Banker.azNurane


Azərbaycan əhalisinin sayı 10 milyon 282 min 825 nəfərə çatıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,2026-cı il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 282 825 nəfər olub. İlin əvvəlindən əhalinin sayı 20 474 nəfər və ya 0,2% artıb.
Əhalinin 54,3%-i şəhərlərdə, 45,7%-i kənd yerlərində yaşayır. Ölkə əhalisinin 50,2%-ni qadınlar, 49,8%-ni kişilər təşkil edir. Əhalinin 22,9%-i Bakının payına düşür.