Azərbaycan Dövlət Aqrar Universiteti 173 min AZN-lik müqavilə imzladı - 10 manatlıq şirkətlə


zərbaycan Dövlət Aqrar Universiteti Publik Hüquqi Şəxsi təhlükəsizlik və nəzarət sistemlərinin təchizatı məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, ali təhsil müəssisəsi keçid nəzarət və video müşahidə sistemlərinin alınması və quraşdırılması xidməti üzrə "Hikvision CO" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406218631) ilə müqavilə bağlayıb. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 172.918,62 AZN (172,9 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Şamil Əzizbəyov küçəsi, ev 140 ünvanında hüquqi qeydiyyatda olan "Hikvision CO" MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN, qanuni təmsilçisi isə Fərhad İlqar oğlu Vahabovdur.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qəzənfər oğlu Qurbanovdur. AYaz
1 mənbə
