Azərbaycan deputatları NATO PA-nın illik sessiyasında iştirak edəcəklər


Milli Məclisin deputatları NATO Parlament Assambleyasının (NATO PA) 72-ci illik sessiyasında iştirak etmək üçün Almaniyaya səfər edəcəklər.
Gunxeber.Az xəbər verir ki, Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Samir Vəliyev noyabrın 19-da Berlinə yola düşəcəklər.
Deputatlar sessiya çərçivəsində NATO PA-nın plenar iclasında iştirak edəcəklər.
Bununla yanaşı, Azərbaycan nümayəndələri Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, eləcə də Elm və texnologiya komitələrinin iclaslarına qatılacaqlar.
Səfər noyabrın 24-də başa çatacaq.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
20:25
19:05
19:00
17:45
15:40
15:35
1 mənbə
