Azərbaycan Dəmir Yolları rəqəmsal idarəetmə sistemi üzrə beynəlxalq tender elan edib


Ana SəhifəBİZNESAzərbaycan Dəmir Yolları rəqəmsal idarəetmə sistemi üzrə beynəlxalq tender elan edib
BİZNES20.11.2026 15:00
23
Fins.az - “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya proqramı çərçivəsində SAP S/4HANA ERP sisteminin hazırlanması və tətbiqi üzrə beynəlxalq tender elan edib.
Layihə Asiya İnkişaf Bankının (AİB) 4497 nömrəli krediti hesabına maliyyələşdirilən rəqəmsal transformasiya proqramının bir hissəsidir.
Tenderin qalibi ADY üçün vahid rəqəmsal idarəetmə sistemini hazırlamalı və tətbiq etməlidir. Layihəyə mövcud informasiya sistemləri ilə inteqrasiya, məlumatların yeni platformaya köçürülməsi, proqram təminatının sazlanması, sınaqların keçirilməsi və əməkdaşların təlimi daxildir.
Yeni SAP S/4HANA ERP sistemi şirkətin maliyyə, aktivlərin idarə edilməsi, logistika və digər korporativ proseslərinin daha səmərəli təşkilinə imkan verəcək.
Müqavilənin icra müddəti 18 ay müəyyən edilib. Sistemin ən geci 15-ci ayda istifadəyə verilməsi planlaşdırılır. Bundan sonra ilkin istismar və sabitləşdirmə işləri aparılacaq. Layihə üzrə ümumi müqavilə müddəti zəmanət dövrü ilə birlikdə 30 ay təşkil edəcək.
Beynəlxalq tenderdə iştirak etmək istəyən şirkətlər üçün son üç il üzrə orta illik dövriyyə tələbi minimum 4 milyon ABŞ dollarıdır. İştirakçılar həmçinin ən azı 500 min dollar maliyyə resursuna çıxış imkanını və müvafiq layihələr üzrə təcrübələrini təsdiqləməlidirlər.
Tender təkliflərinin təqdim edilməsi üçün son tarix 2027-ci il yanvarın 6-sı, saat 15:00 müəyyən edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi ADY-nin idarəetmə proseslərini rəqəmsallaşdırmaq, əməliyyat səmərəliliyini artırmaq və dəmir yolu sektorunda müasir texnologiyaların tətbiqini genişləndirməkdir.
MüəllifVüqar
Yüklənir...
1 mənbə