Azərbaycan 160 milyon dollara yaxın Gürcüstan məhsulu idxal edib


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 159 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulu idxal edib.
Plat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan Gürcüstan məhsullarının tədarükünü 6,2% artırıb.
Azərbaycan 3,8% payla qonşu ölkənin yerli məhsul üzrə ixrac tərəfdaşlarının ilk onluğunda Çin, Rusiya, Türkiyə, Bolqarıstan, Ermənistandan sonra altıncı yeri tutub.
İlk 10 ayda Gürcüstandan ümumilikdə 6,87 milyard ABŞ dolları həcmində yerli məhsul ixraca yönəldilib ki, bu da illik nisbətdə 18% çoxdur.
Qonşu ölkədən ən çox ixrac edilmiş yerli məhsulların ilk onluğuna neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, mis filizləri və konsentratları, şəkər əlavə edilmiş mineral və qazlı sular, spirtli içkilər, şəkərsiz təbii və ya süni mineral və qazlı sular, azot gübrələri, emal edilməmiş və ya yarımemal edilmiş, yaxud toz şəklində qızıl daxil olub.
Dərc vaxtına görə