Ayxan Abbasovdan qələbə şərhi


Millətlər Liqasının D qrupunda Azərbaycan millisi Lixtenşteyni məğlub etdi - 0:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
“Rəqib ilk oyunda xal almışdı. Erkən qol vurmaq istəyirdik. Oyunçularımda tələskənlik, udmaq hissi mane olurdu. Qarşımıza qoyduğumuz məqsəd liderlik idi - bu vacib idi. Uşaqlara təşəkkür edirəm. Andorra ilə görüşdə hər kəsə şans verməyə çalışacağıq”.
“Hər oyundan sonra təhlillər olur. Litvada qalib gəlməli idik. Qol epizodlarımız çox oldu. Nadir hallarda müdafiəyə oturan komandaya qarşı oynayırıq. Son ötürmələrdə çatışmazlıq olurdu. FİFA Seriesdə oyunçularıma demişdim ki, çalışaq uduzmayaq”.
88-ci dəqiqəyə qədər cəmi 1 əvəzetmələrin olmasının səbəbi barədə Abbasov bunu deyib:
“Ehtiyatda yaxşı oyunçularımız var idi. İstədiyimiz hücumlar başladı. Sonra Xəyal və Tellur meydana çıxdı. Toralın asması, Rüfətin asmasına görə meydanda saxladıq”.
İradlar haqqında bunları deyib:
“Udduğumuz oyunlarda da iradlar olur. Bəzi oyunçular zəif oynadığına görə dəvət almadı.
