Ayxan Abbasov: “Lider olmaq üçün qələbə lazımdır”


Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının D Liqasında son oyununa çıxacaq. Yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransında milli komandamızın baş məşqçisi Ayxan Abbasov iştirak edib.
Mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Qrupda son oyunumuzdur. Ən vacib oyunumuza çıxırıq. Lider olmaq üçün qələbə lazımdır. Rəqib evdə daha inamlı oynayır. Oyuna tam hazırıq. Futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Oyunçular ideal formadadır. İnşallah, lider olacağıq.
Tam olaraq oyuna köklənmişik. Milli komandayıqsa, təzyiqlər olmalıdır. Köklənməni pozsaq, bu, pis təsir edə bilər. Təzyiqlərə qələbə ilə cavab vermək lazımdır”.
