Avstraliyalı deputat parlamentdəki son çıxışında sevgilisinə evlilik təklif etdi-VİDEO


Avstraliyanın Yeni Cənubi Uels parlamentində Liberal Partiyasından olan deputat Jordan Leyn siyasətdən ayrılacağını elan etdikdən sonra vida çıxışını unudulmaz romantik anla tamamlayıb. O, parlamentdəki çıxışı zamanı 10 ildən artıqdır birlikdə olduğu sevgilisi Nataliyə evlilik təklif edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə cümə axşamı deputatın Ryde dairəsini təmsil edən parlament üzvü kimi son çıxışı zamanı baş verib.
Parlamentin mərkəzi kürsüsündə dayanan Leyn çıxışının sonunda tamaşaçı qalereyasında əyləşən sevgilisinə müraciət edərək belə deyib:
“Cənab sədr, Ryde dairəsinin deputatı kimi sonuncu sualımı böyük sevgim Nataliyə vermək istəyirəm”.
Daha sonra o, cibindən nişan üzüyünü çıxararaq Nataliyə müraciət edib:
“Mənimlə evlənərsənmi?”
Natalinin təklifə “hə” cavabı verməsindən sonra deputat üzüyü onun barmağına taxaraq onu öpüb. Bu romantik an parlament zalında alqışlarla qarşılanıb.
Leyn daha sonra parlament protokolu üçün sevgilisinin təklifə müsbət cavab verdiyini xüsusi olaraq qeyd edib.
Yeni Cənubi Uels Qanunverici Assambleyasının sədri Qreq Payper isə zarafatla 58-ci parlamentin “sevgi parlamenti” kimi xatırlanacağını bildirib.
https://t.me/Ajansaz_official/8042
1 mənbə