Avstraliya alimləri görmə qabiliyyətini bərpa edə biləcək süni buynuz qişa hazırlayırlar


Avstraliyalı alimlər donor toxuması çatışmazlığını aradan qaldırmağa və görmə qabiliyyətini itirmiş insanların müalicəsinə kömək edə biləcək yeni biotexnologiya üzərində işləyirlər.
Xitab24.az Xinhua agentliyinə istinadən xəbər verir ki, tədqiqatçılar biomühəndislik üsulu ilə insan gözünün buynuz qişasının süni alternativini hazırlayırlar.
BIENCO adlanan layihədə Avstraliyanın bir neçə universitetinin materialşünasları, göz cərrahları, mühəndisləri və digər mütəxəssisləri iştirak edirlər.
Alimlərin məlumatına görə, dünyada 23 milyondan çox insan zədə, infeksiya və müxtəlif xəstəliklər nəticəsində buynuz qişanın zədələnməsi səbəbindən görmə problemləri yaşayır.
Buynuz qişa korluğunun bir sıra formalarında yeganə effektiv müalicə transplantasiya hesab olunur. Lakin donor toxumalarının sayı qlobal tələbatı ödəmək üçün kifayət etmir.
Vollonqonq Universitetinin professoru Qordon Uolles bildirib ki, layihənin əsas məqsədi buynuz qişanın üç hüceyrə növünü təbii üçölçülü quruluşuna uyğun şəkildə yaratmaqdır.
Tədqiqatçılar artıq süni toxumanın şəffaflığı, davamlılığı və sabitliyi ilə bağlı bir sıra texniki çətinlikləri aradan qaldırıblar.
Hazırda texnologiyanın daha geniş miqyasda istehsal edilməsi imkanları araşdırılır. Gələcəkdə bu üsulun sümük və dəri toxumalarının hazırlanmasında da tətbiqi mümkün ola bilər.
1 mənbə
