Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu: "Gələcək üçün yol xəritəsi"


Avropa üçün Azərbaycanın strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri də enerji təhlükəsizliyidir. Hələ 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa bazarına qaz ixracı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Həmin görüşdə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevə - "Həqiqətən, siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz", - deməklə, Azərbaycana artan marağı, inamı və etibarı nümayiş etdirmişdi. Dövlətimizin başçısı da öz növbəsində sözügedən memorandumu "gələcək üçün yol xəritəsi" kimi qiymətləndirmişdi.
Bu xəbərin tam mətnini mənbədən almaq alınmadı.
Orijinalı Oxu.az saytında1 mənbə
