“Atlant”ın rəhbəri vəfat etdi

1 dəq oxu
Xəbər
10:14 / 20.11.2026
Nabranda yerləşən və bir neçə gün öncə müsadirə edilən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.
AFN.az “Bizim.media”ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun rəhbəri olduğu “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə edilib.
Xatırladaq ki, 4 gün əvvəl “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırdığı üçün 11 il 6 ay azadlıqdan məhrum olunub.
AFN.az
Bu xəbəri 26 mənbə yazıb
Dərc vaxtına görə



