Astarada əsas kapitala yönəldilən investisiyaların həcmi 13,8 milyon manatı ötüb


2026-cı ilin yanvar-sentyabr aylarında Astara rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 13 milyon 857,4 min manat vəsait yönəldilib.
Cənub Media xəbər verir ki, ümumi investisiyanın 43,1 faizi və ya 5 milyon 973 min manatı dövlət, 56,9 faizi və ya 7 milyon 884,4 min manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Sərmayə qoyuluşunun 13 milyon 340,4 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,3 faiz azdır.
Hesabat dövründə rayonda iki tikinti müəssisəsi fəaliyyət göstərib. Fərdi sahibkarlar da nəzərə alınmaqla, tikinti müəssisələri tərəfindən yerinə yetirilən işlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 82 faiz azalaraq 193,4 min manat təşkil edib.
Ümumi tikinti işlərinin 11,2 faizini inşa, yenidənqurma və bərpa, 88,8 faizini isə cari təmir işləri təşkil edib. İnşaat işlərinin 74,3 faizi dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
Cənub Media, Astara
Views: 127
Post navigation
1 mənbə

Report+4 mənbə